AZ

Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandıran qanun qəbul etdi

İran prezidenti Məsud Pezeşkian parlamentin qəbul etdiyi, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandıran qanunu qüvvəyə mindirib.

Turkustan.az xəbər verir ki, İran dövlət televiziyası xəbər verir ki, prezident Pezeşkian iyunun 25-də parlament tərəfindən qəbul edilmiş qanunu imzalayıb və hökuməti “İsrail və ABŞ-ın son hücumlarına və Beynəlxalq Atom Enerjisi Agentliyinin bu hücumları pisləməməsinə cavab olaraq” MAQATE ilə bütün əməkdaşlığı dayandırmağa məcbur edib.

İran parlamentinin hazırladığı və iyunun 25-də səsə qoyulan qanun layihəsi 221 əleyhinə 0 səslə qəbul edilib. Layihənin yekun maddələri də analoji səs çoxluğu ilə təsdiqlənib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
3
8
turkustan.az

10Mənbələr