Estoniya prezidenti Alar Karis ölkədə Rus Pravoslav Kilsəsinin (RPK) fəaliyyətini qadağan edən qanunu yenidən imzalamaqdan imtina edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Postimees nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, prezident bu qərarını həmin qanunun konstitusiya normalarına zidd olması ilə əsaslandırıb.
Qeyd olunur ki, Estoniya parlamenti “Kilsə və dini icmalar haqqında” qanunun yeni redaksiyasını qəbul edib. Bu sənəd Estoniya Pravoslav Kilsəsi ilə RPK arasında əlaqələrin məcburi şəkildə kəsilməsi üçün hüquqi əsaslar yaradır. Qanunun qüvvəyə minməsi üçün sənədin prezident tərəfindən imzalanması tələb olunur.