Aktual.az xəbər verir ki, bu barədə MAQATE-nİn açıqlamasında bildirilib.
"Təftiş qrupu bu gün İranı sağ-salamat tərk edib və Vyanadakı (Avstriya) qərargahına qayıdır”, - qurum qeyd edib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də Tehranla MAQATE arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir. Beynəlxalq qurumla Tehran arasında gərginlik İsrail və İran arasında 12 davam edən müharibədən sonra yaranıb. İran hakimiyyəti MAQATE -ni müharibə zamanı qeyri-obyektiv mövqe sərgiləməkdə ittiham edib.