BAKI, 2 iyul. TELEQRAF
“İran hakimiyyətinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarı narahatlıq doğurur”.
Teleqraf xəbər verir ki, bunu brifinqdə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik deyib.
BMT rəsmisi bildirib ki, İranın qərarı ilə bağlı BMT-yə rəsmi bildiriş göndərib-göndərmədiyi barədə hələlik məlumatı yoxdur.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Tehranla MAQATE arasında əməkdaşlığı dayandıran qanunu imzalayıb. Sənəd prezident tərəfindən imzalandığı andan qanun qüvvəyə minmiş hesab olunur və icrası məcburidir.