O dövrlər SSRİ, indi isə Rusiya törətdiyi heç bir faciəyə, qan donduran hərəkətlərə görə, heç zaman məsuliyyət hiss etməyib. Artıq bu ölkədə yaşamağın, biznes qurmağın nə qədər təhlükəli olduğu bir daha aydın oldu. Rusiyanın mühacirlərə qarşı bu kriminal siyasətinin izahatı olmayacaq. Bu ölkə lap əvvəldən beynəlxalq hüquq sistemini tanımayıb. Belə yolla, yəni hüququn dili ilə Rusiyaya təzyiq etməkdə mənasızdır.
Bəs, biz nə etməliyik ki, soydaşlarımız imperiyanın, rus şovinizminin qurbanına çevrilməsin?
Öncə heç bir hüquq tanımayan Rusiyadan bütün mənalarda məsafə saxlamaq lazımdır. Bu ölkə özü yaratdığı bataqlıqda özü də gec-tez batacaq. Digər tərəfdən Rusiyada böyük sərmayə sahibi olan soydaşlarımız, oraya çörək, dolanışıq arxasınca gedən sıravi vətəndaşlarımız üçün Azərbaycanda, işğaldan azad olunmuş ərazilərdə çox əlverişli biznes mühiti yaratmaq lazımdır. Həmin azərbaycanlılar Rusiyanın Azərbaycana yeganə təzyiq rıçaqıdır. Çünki bu ölkənin digər sferalarda Azərbaycana təzyiq imkanları məhduddur. Məhz bu vasitədən də adıçəkilən rejimi məhrum etmək lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31