Rusiya nə istəyir?
Rusiya hər zaman postsovet məkanını, eləcə də Cənubi Qafqazı “öz imperiyasının tərkib hissəsi” kimi görüb və heç bir keçmiş ittifaq ölkəsinin müstəqil qərarlar verməsini həzm etmir. Cənubi Qafqazda Rusiyanın iradəsindən kənar, tamamilə müstəqil xarici siyasət yürüdən bir diplomatik aktor formalaşır – Azərbaycan. Bu o Azərbaycandır ki, onun təcrübəsindən qonşuları ilə yanaşı, uzaq xarici dövlətlər də yararlanmağa çalışır. Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıya səfər edir və İlham Əliyevin digər rəhbərlər, habelə onun özü üçün nümunəvi lider olduğunu bəyan edir. Dünya nəhəngi Çinin rəhbəri Si Cinpin Azərbaycan Prezidentini Çin xalqının dostu adlandırıraraq “Bir kəmər, bir yol” layihəsindəki xüsusi rolunu qeyd edir. Azərbaycanla Çin arasında strateji tərəfdaşlığa dair Birgə Bəyanat imzalanır. İlham Əliyevin təşəbbüsü ilə türk dövlətləri arasında əməkdaşlıq tarixdə görünməmiş səviyyəyə çatır, Türkiyə ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlir. Beynəlxalq münasibətlər sisteminin heç vaxt olmadığı qədər gərginləşdiyi bir şəraitdə Azərbaycan torpaqlarını işğaldan azad edir, suverenliyini bərpa edir. Regional güc mərkəzinə, dünya aktoruna çevrilir və bu da heç şübhəsiz şimal qonşumuzu qane etmir.
Rusiyanın Azərbaycana təzyiqləri də çoxvektorludur. Rus mediası vasitəsilə təzyiqlər, miqrantlara, hətta Rusiya vətəndaşlığı olan soydaşlarımıza qarşı hücumlar, açıq təxribatlar, regional sülhü təhdid etmə cəhdləri və s. Rusiyanın dövlət televiziyasında Vladimir Solovyov adlı şovinist təlxək və digərləri mütəmadi olaraq Azərbaycana qarşı hədyanlar yağdırır. Rusiyanın ərazisində elə Rusiyanın özü tərəfindən Azərbaycana məxsus mülki təyyarə vurulur. Rəsmi Rusiya nəinki günahkarları cəzalandırmır, sanki heç nə olmamış kimi açıq cinayət faktını ört-basdır etməyə çalışır. Ölkəmizdəki kütləvi informasiya vasitələrinə kiberhücumlar təşkil edilir, Azərbaycan Parlamentinin deputatı Rusiya ərazisində buraxılmır. Müxtəlif şəhərlərdə soydaşlarımıza qarşı vəhşilik aktlarına imza atılır. Yekaterinburqda bir azərbaycanlı ailəsi soyqırıma məruz qalır. Ailənin beş üzvü qətliam olunur, digər üzvləri isə dəmir barmaqlıqlar arasında göndərilir. Bu dövləti cinayətə də rəsmi səviyyədə heç bir tutarlı reaksiya verilmir.
Rusiya regionda qarşıdurmaların olmasında maraqlıdır. Qarabağ münaqişəsinin uzun müddət çözülməməsi Rusiyanın bölgəyə “sülhməramlı” adı ilə daxil olmasına şərait yaratdı. İndi isə post-münaqişə dövründə də xaos yaratmaqla öz varlığını əsaslandırmaq istəyirlər. Anlayırlar ki, regionda yeni güc mərkəzləri formalaşır. Son 100 ilin ən zəif durumuna düşən Rusiya Türkiyənin də bölgədə güclənməsini qəbul etmir. Azərbaycanla Türkiyə arasında dərinləşən ittifaqı, həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan Rusiyanın maraqlarına zidd hesab edirlər. Bunu balanslaşdırmaq üçün Rusiya Ermənistandan istifadə etməyə çalışır, amma İrəvanın da Qərbə meyillənməsi Moskvanı narahat edir. Rus proslav kilsəsi isə rejimin qanunsuzluqlarına haqq qazandıran, ideoloji əsaslar yaradan siyasi mərkəz rolunda çıxış edir. Bir sözlə, bütün strukturlar Rusiyanın hüquq və kəşfiyyat orqanları tərəfindən rasist siyasətin icrası məqsədilə səfərbər olunub.
Yaxın tarixi keçmişə ekskurs etsək görərik ki, Rusiyanın bu kimi təzyiqləri keçərsizdir və bu cür üsullarla Azərbaycanı nəzarət altında saxlamaq mümkünsüzdür. Bu, ilk belə cəhd deyil və hər dəfəsində də yekunda məyus olan Kreml olur. Elə uzağa getməyək. 2013-cü ildə Rusiyanın xeyir-duasıyla yaradılan “Milli Şura layihəsini” götürək. Bu “layihənin” icraçıları Azərbaycanda siyasi məqsədlər üçün birləşdiklərini elan etsələr də, “qurumun” adından Rusiya Prezidenti Vladimir Putinə məktub göndərilir. O dövrdə Azərbaycan iqtidarının yüksək rütbəli çinovniklərinin də qeyri-rəsmi şəkildə yer aldığı bu “layihə” fiaskoya uğrayır. Həm “layihənin” icraçıları, həm də hökumət daxilindəki havadarları ifşa olunur və Moskva geri çəkilir.
Rusiya artıq əvvəlki Rusiya deyil. Artıq qlobal güc də deyil. Ukrayna müharibəsi onu həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən tükədib. Daxildə isə avtoritarizmin sərtləşməsi, iqtisadi izolyasiya və sosial narazılıqlar müşahidə olunmaqdadır. Əgər bu kurs davam edərsə, Rusiyanın daxilində separatizm və iqtisadi dağılma meyilləri güclənəcək. Biz Rusiyanın son 100 ildəki ən zəif dövrünə qədəm qoyduğunu müşahidə edirik. Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını əhəmiyyətli şəkildə zəiflədib. Texnologiya çatışmazlığı, idxal-ixrac məhdudiyyətləri və kapital axınının azalması baş verməkdədir.
Proseslərin gedişatı Rusiyada sosial partlayışın heç də uzaqda olmadığını göstərir. Moskva həm Qərblə, həm də yaxın qonşuları ilə dərin böhran şəraitindədir. Cəmi bircə həftəyə Kiyevdə “çevriliş edərək” Ukrayna hakimiyyətini ələ keçirməyi hədəfləyən Kreml 3 il yarımdır ki, “Ukrayna bataqlığından” xilas ola bilmir. Rusiyada miqrantlara qarşı sərt ritorika Rusiyanın Ukraynaya təcavüzündən sonra çoxalıb. Daxildə kütləvi narazılıqlar artır, rus əhalisi cəbhədə döyüşməkdən imtina edir. Daxili auditoriyanı qorumaq üçün miqrantlar və qeyri-rus əhali zorla cəbhəyə göndərilir. Artıq rus xalqını “şirin nağıllarla” bəsləmək də mümkün deyil. Kreml düşmən axtarışına çıxıb və əsas hədəflərindən biri də Azərbaycandır.
Moskva eyforiya içərisindədir və hər kəsi düşmən obrazında görür. “Cəhənnəmə gedən özünə yoldaş axtarar” misalında olduğu kimi, yaxın qonşuları da bataqlığa çəkməyə səy göstərir. İradəli və qətiyyətli dayananları isə şantaj edir, müxtəlif təxribatlar törədir. “Rus ayısı” öz xislətindən və mahiyyətindən əl çəkməsə, imperiya şakərindən qurtula bilməsə, bu ölkənin dağılacağı, tənəzzülə uğrayacağı tarix də uzaqda deyil. Putin və kəşfiyyatçı komandası anlayır ki, xilası yoxdur və son nəfəsində günahsız insanları qırğına verir. Milyonlarla insanın ah-naləsi, dağılmış, xarabalığa çevrilmiş şəhərlər, kəndlər Putini və əlaltılarını qətiyyən narahat etmir. Rejim özünü qorumaq üçün bütün kartlarını xərcləyir.

Azər Niftiyev
10Mənbələr
-
paytaxt.orgƏli Kərimlinin “Putin bu mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18963490)
-
konkret.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18958141)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18956926)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP çilərdə gülüş yaratdı ( 18953635)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə gülüş yaratdı ( 18953230)
-
musavat.comƏli Kərimli təklif edir ki, İlham Əliyev hakimiyyəti Putinlə paylaşsın - AXCP sədri "qatıq bankası"nı qırdı ( 18933775)
-
kulis.azBu, ədəbi imitasiyadır Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859231)
-
kulis.az"Bu, ədəbi imitasiyadır" - Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859138)
-
demokrat.azİmperiyanın son nəfəsi: Rusiyanın çöküş tarixinin başlanğıcı ( 18822019)
-
sitat.infoBu çox ciddi bir cinayətdir, terrordur Sərdar Cəlaloğludan AÇIQLAMA ( 18774082)