AZ

Əli Kərimli təklif edir ki, İlham Əliyev hakimiyyəti Putinlə paylaşsın - AXCP sədri "qatıq bankası"nı qırdı

Musavat.com xəbər verir ki, AXCP sədri Əli Kərimlinin "The New York Times" qəzetinə verdiyi açıqlama yeni mübahisələr doğurub. Əli Kərimli həmin müsahibəsində bildirib ki, İlham Əliyev Azərbaycanda klassik avtoritar rejim yaradıb, o, Azərbaycandakı mütləq hakimiyyətini hətta Putinlə də paylaşmaq istəmir.

Bu ifadələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Çünki belə çıxır ki, Əli Kərimlinin yanaşmasına görə, əsas problem İlham Əliyevin hakimiyyəti nəinki daxildə müxalifətlə, hətta xarici dövlət başçıları ilə də paylaşmamasıdır. Məsələ məhz bu məntiq baxımından sərt tənqidlərə tuş gəlib.

Amerikada yaşayan tanınmış jurnalist və diaspora fəalı Zaur Bayramlı bu fikirləri kəskin şəkildə pisləyib.

Sitat: “Vallah, billah belə müxalifətçilik olmaz!!!

Müxalif bir partiyanın sədri hətta heç vaxt hakimiyyətə gələ bilməsə də, açıqlama və davranışlarında özünü ölkənin məsuliyyətini çiyinlərinə almağa hazır olan gələcək prezident kimi aparmalıdır.
Bu adamın məntiqinə baxın: məgər İlham Əliyev hakimiyyətini Putinlə paylaşmalıdır?
Belə çıxır ki, bunun özü zəlzələdən və ya vəlvələdən iqtidara gələrsə, öz hakimiyyətini Putinlə və ya başqa bir ölkənin rəhbəri ilə paylaşar.

Bir ölkə rəhbərinin öz hakimiyyətini hər hansı başqa bir ölkənin rəhbəri ilə paylaşması və yaxud buna təşəbbüs etməsi Anayasal suçdur (Konstitutsional cinayət).
İlham Əliyevə isə belə bir aşağılıq suçu ağlının ucundan belə keçirmədiyi üçün, ancaq və ancaq təşəkkür düşür.

WhatsApp

Siyasi müşahidəçilər də hesab edirlər ki, Əli Kərimlinin bu açıqlaması ritorik və mahiyyət baxımdan çox ciddi qüsur daşıyır. Çünki hakimiyyətin paylaşılmalı olduğu mühit demokratik institutlar və xalqın iradəsidir, başqa dövlət rəhbərləri deyil. Əks halda, bu cür yanaşma istər-istəməz Azərbaycan dövlət müstəqilliyinin başqa ölkələrlə bölüşülməsi ssenarisini legitimləşdirmək kimi başa düşülə bilər ki, bu da suverenliyə zərbədir. Ümumilikdə isə belə ritorika həm daxili siyasi mədəniyyət, həm də beynəlxalq münasibətlər baxımından zərərli presedent yaradır. Beləliklə, Zaur Bayramlı haqlı olaraq qeyd edir ki, hətta sərt müxalif mövqedə olan siyasətçi də ölkənin hakimiyyətini başqa dövlətlərlə bölüşmək ideyasını ağlından belə keçirməməli, əksinə hər zaman milli suverenliyi qoruyan mövqedən çıxış etməlidir.

Bu cür bəyanatlar Əli Kərimlinin hakimiyyət paylaşımı barədə yanaşmasının nə qədər məntiqsiz və təhlükəli olduğuna dair təsəvvür yaradır.
El arasında belə səhv buraxanlara "hər iki əlindəki qatıq bankalarını qırdı", deyirlər.
Bu ifadə Əli Kərimlinin bu açıqlamasına tam uyğundur.

Musavat.com

Seçilən
3
50
musavat.com

10Mənbələr