AZ

Əli Kərimlinin “Putin mesajı” AXCP çilərdə gülüş yaratdı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Gündəmdə qalmaq, siyasi varlığının saxlamaq üçün heç bir fürsəti fövtə verməyən AXCP sədri Əli Kərimli Rusiyanın Azərbaycana qarşı təzyiqindən, ümumiyyətlə, Bakı və Moskva arasında yaranmış gərginlikdən sevincək olub. Palatka toylarının “manıs”ları kimi əlinə alıb “mikrafonu” zəngülə vurur. Deyir, “qanmayanın kefidir”.Moskva və Bakı arasında yaranmış gərginliyin mahiyyətini qanmayan Əli Kərimlinin də kefidir. Çünki AXCP sədri danışmağa, hakimiyyəti ittiham etməyə mövzu tapıb. O bu gərginliyə həm də Azərbaycan hakimiyyətinə kənardan təzyiq edildiyi üçün sevinir. Təəccüblü deyil. Əli Kərimli üçün Rusiya, yaxud hansısa ölkə olmasının, eləcə də baş verənlərin Azərbaycan dövlətinin, xalqının maraqlarına nə qədər zidd olmasının o qədər də fərqi yoxdur. Əsas odur ki, “söhbət” var, o da bundan maraqları üçün istifadə edir. Əli Kərimlinin sevincək olmasının səbəblərindən biri də “Nyu-York Tayms” nəşrinin Azərbaycan-Rusiya gərginliyi ilə bağlı məqaləsində onun da fikirlərinə yer verməsidir. AXCP sədri açıqlamasının xarici nəşrdə yayımlanmasını bitmiş siyasi karyerasının ən böyük uğuru hesab edir. Hətta, o qədər sevincək olub ki, açıqlamasında aləmi qatıb bir-birinə. Deyir ki, “İlham Əliyev hakimiyyətini Putinlə də paylaşmaq istəmir”. Bu sözlərin məntiqi tərəfi varmı? İlham Əliyev Azərbaycan Prezidentidir, Putin isə Rusiyanın. Azərbaycanda hakimiyyəti niyə Putinlə paylaşılmalıdır? Bu, birincisi. İkincisi, Əli Kərimlinin məntiqindən belə çıxır ki, Azərbaycanda hakimiyyət Putinlə paylaşılmalıdır. Bu, nəyin çağırışıdır? Bəlkə, Əli Kərimli Putinə, “mən hakimiyyətdə olsaydım, Azərbaycanın maraqlarını yox, sizin maraqlarınızı qoruyardım, hətta, hakimiyyətimi paylaşardım” mesajını vermək istəyir.Hər hadisəni, hətta, Rusiya təhdidini belə öz maraqları üçün fürsət kimi görən Əli Kərimli bir daha nümayiş etdirdi ki, onun üçün nə milli maraqlar önəmlidir, nə də dövlət maraqları.Vaqif Hüseynli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
7
demokrat.az

10Mənbələr