Moskva və Bakı arasında yaranmış gərginliyin mahiyyətini qanmayan Əli Kərimlinin də kefidir. Çünki AXCP sədri danışmağa, hakimiyyəti ittiham etməyə mövzu tapıb.

O bu gərginliyə həm də Azərbaycan hakimiyyətinə kənardan təzyiq edildiyi üçün sevinir. Təəccüblü deyil. Əli Kərimli üçün Rusiya, yaxud hansısa ölkə olmasının, eləcə də baş verənlərin Azərbaycan dövlətinin, xalqının maraqlarına nə qədər zidd olmasının o qədər də fərqi yoxdur. Əsas odur ki, “söhbət” var, o da bundan maraqları üçün istifadə edir.
Əli Kərimlinin sevincək olmasının səbəblərindən biri də “Nyu-York Tayms” nəşrinin Azərbaycan-Rusiya gərginliyi ilə bağlı məqaləsində onun da fikirlərinə yer verməsidir. AXCP sədri açıqlamasının xarici nəşrdə yayımlanmasını bitmiş siyasi karyerasının ən böyük uğuru hesab edir. Hətta, o qədər sevincək olub ki, açıqlamasında aləmi qatıb bir-birinə. Deyir ki, “İlham Əliyev hakimiyyətini Putinlə də paylaşmaq istəmir”.
Bu sözlərin məntiqi tərəfi varmı?
İlham Əliyev Azərbaycan Prezidentidir, Putin isə Rusiyanın. Azərbaycanda hakimiyyəti niyə Putinlə paylaşılmalıdır? Bu, birincisi.
İkincisi, Əli Kərimlinin məntiqindən belə çıxır ki, Azərbaycanda hakimiyyət Putinlə paylaşılmalıdır.
Bu, nəyin çağırışıdır?
Bəlkə, Əli Kərimli Putinə, “mən hakimiyyətdə olsaydım, Azərbaycanın maraqlarını yox, sizin maraqlarınızı qoruyardım, hətta, hakimiyyətimi paylaşardım” mesajını vermək istəyir.
Hər hadisəni, hətta, Rusiya təhdidini belə öz maraqları üçün fürsət kimi görən Əli Kərimli bir daha nümayiş etdirdi ki, onun üçün nə milli maraqlar önəmlidir, nə də dövlət maraqları.
Vaqif Hüseynli
Demokrat.az
10Mənbələr
-
paytaxt.orgƏli Kərimlinin “Putin bu mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18963490)
-
konkret.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18958141)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə belə gülüş yaratdı ( 18956926)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP çilərdə gülüş yaratdı ( 18953635)
-
demokrat.azƏli Kərimlinin “Putin mesajı” AXCP-çilərdə gülüş yaratdı ( 18953230)
-
musavat.comƏli Kərimli təklif edir ki, İlham Əliyev hakimiyyəti Putinlə paylaşsın - AXCP sədri "qatıq bankası"nı qırdı ( 18933775)
-
kulis.azBu, ədəbi imitasiyadır Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859231)
-
kulis.az"Bu, ədəbi imitasiyadır" - Əli Novruzovun hekayəsi niyə alınmayıb? ( 18859138)
-
demokrat.azİmperiyanın son nəfəsi: Rusiyanın çöküş tarixinin başlanğıcı ( 18822019)
-
sitat.infoBu çox ciddi bir cinayətdir, terrordur Sərdar Cəlaloğludan AÇIQLAMA ( 18774082)