AZ

“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb

Bakı. Trend:

“Kəpəz” daha üç futbolçu ilə yollarını ayırıb.

Bu barədə Trend-ə klubdan məlumat verilib.

Məlumata görə, müqavilələri başa çatan Turan Manafov, NicatSüleymanov və Camal Cəfərov komandanı tərk ediblər.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydanaçıxıb və 2 qol vurub, 2 assistlə yadda qalıb. Turandan fərqli,"Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə Gəncətəmsilçisinin heyətində 28 görüşdə 2 dəfə fərqlənib. İcarə əsasındaçıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib.Orta xətt oyunçusu son çempionatda 31 qarşılaşmada 2 qolla yaddaqalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər"lə 11 oyunaçıxıb.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl 8 futbolçu ilə əməkdaşlığa sonqoyub.

Məqalədə:
Seçilən
23
13
az.trend.az

10Mənbələr