AZ

Turan, Nicat və Camal da “Kəpəz”dən ayrıldılar

20252026 mövsümünə hazırlaşan “Kəpəz” daha 3 futbolçusu – Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti başa çatmış bu oyunçular komandanı tərk ediblər. Klub onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli, “Kəpəz”də ikinci mövsümünü keçirmiş Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022/2023-cü illər mövsümündə də bu komandada 28 oyunda 2 dəfə fərqlənib. Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da “Kəpəz”də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov “sarı-göylər” adına 11 oyuna çıxıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda və Tural Rzayevlə də yollarını ayırmışdı. Mahamadu Ba və Paçu Lira isə klubla yeni müqaviləyə imza atıb.

Seçilən
34
50
arena.az

10Mənbələr