AZ

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb

"Kəpəz" klubu üç futbolçusu ilə yolları ayırıb.

Bu barədə "Report"a Gəncə klubunun mətbuat xidmətindən bildirilib.

Müqaviləsi başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.

T.Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. "Kəpəz"də iki mövsüm keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/2023 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.

Gəncə təmsilçisində icarə əsasında çıxış etmiş və iki mövsüm keçirmiş Camal Cəfərov son çempionatda 31 matçda 2 qolla yadda qalıb.

Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.

Seçilən
16
50
report.az

10Mənbələr