"Kəpəz" üç futbolçusu ilə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, müqavilə müddəti başa çatan Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov komandanı tərk edib.
Turan ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. "Kəpəz"də iki mövsüm keçirən Nicat Süleymanov 20 oyunda 1 qolla yadda qalıb. Yarımmüdafiəçi 2022/23 mövsümdə 28 oyunda 2 dəfə fərqlənib.
Gəncə təmsilçisində icarə əsasında iki mövsüm keçirən Camal Cəfərov isə son çempionatda 31 matçda 2 qolla yadda qalıb. O, bundan əvvəlki mövsümdə 11 oyuna çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta