AZ

Tehran metrosunda "Mossad" agenti tutuldu

Tehran metrosunun "İmam Xomeyni" stansiyasında İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan və pilotsuz uçuş aparatlarını (PUA) yığmaqla məşğul olan şəxs saxlanılıb.

Paralel.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın IRIB televiziya kanalı məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Tehran vilayətinin qərb hissəsində PUA-ların yığılması ilə məşğul olub və ölkənin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı İsrailə mesajlar göndərib.

O, strateji əhəmiyyətli obyektlərin dəqiq yeri barədə məlumat ötürürmüş.

Seçilən
2
50
paralel.az

10Mənbələr