İranda MOSSAD xarici kəşfiyyat xidmətinə casusluq etməkdə və PUA yığmaqda ittiham olunan şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, bunu İran polis komandanlığının sözçüsü Səid Müntəzir Mehdi deyib.
“Tehranın qərbində PUA-lar yığan və ölkənin hava hücumundan müdafiə sisteminin işi ilə bağlı İsrailə məlumatlar göndərən MOSSAD agenti İmam Xomeyni metro stansiyasında saxlanılıb”, - Mehdi bildirib.