Tehran metrosunun "İmam Xomeyni" stansiyasında İsrailin "Mossad" xarici kəşfiyyat xidmətinə casusluq etməkdə ittiham olunan və pilotsuz uçuş aparatlarını (PUA) yığmaqla məşğul olan şəxs saxlanılıb.
Azreform.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İranın IRIB televiziya kanalı məlumat yayıb.
Bildirilir ki, saxlanılan şəxs Tehran vilayətinin qərb hissəsində PUA-ların yığılması ilə məşğul olub və ölkənin hava hücumundan müdafiə sisteminin fəaliyyəti ilə bağlı İsrailə mesajlar göndərib.
O, strateji əhəmiyyətli obyektlərin dəqiq yeri barədə məlumat ötürürmüş.