AZ

“Neftçi”dən üçüncü transfer

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Bu barədə 90deqiqe.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.

30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə komandamızın şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçimiz Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.

Seçilən
13
37
90deqiqe.az

10Mənbələr