AZ

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.

Axşam.az xəbər verir ki, İtaliyanın Venesiya şəhərində keçiriləcək toy hazırlıqları çərçivəsində tarixi məkanlar, məşhur otellər və şəhərin bir çox hissəsi turistlər üçün bağlanılıb.

Şəhərin qayıqçıları isə toya dəvət olunanlara xidmət göstərilməsi məqsədilə ayrılıb.

200 qonağın iştirak edəcəyi toyda dəvət edilənlər sırasında Hollivud ulduzları Leonardo Di Kaprio, Eva Lonqoriya, Orlando Blum, müğənnilər Keti Perri, Barbra Streisend, Cevel,  ABŞ prezidenti Donald Trampın ailəsi, milyarder Bill Qeyts, İordaniya kraliçası Rania Al Abdullah və digərləri yer alır.

Qeyd edək ki, 30 milyon avroya başa gələcəyi deyilən toy iyunun 28-nə qədər davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
14
axsam.az

10Mənbələr