AZ

Venesiya ilin ən dəbdəbəli toyuna hazırlaşır

ain.az bildirir, Azertag portalına istinadən.

Roma, 26 iyun, AZƏRTAC

İtaliyanın Venesiya şəhərində ilin ən dəbdəbəli toy mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Amazon” kompaniyasının qurucusu milyarder Ceff Bezos ilə jurnalist və pilot Lauren Sançesin toyu üçün Venesiyaya meqa yaxtalar, çoxlu sayda şəxsi təyyarələr gəlib. Şəhərdə və Marko Polo hava limanında yüksək təhlükəsizlik tədbirləri görülüb.

Üç günlük toy şənliyində məşhurlar və tanınmış simalar iştirak edəcəklər. Onlar arasında Leonardo Di Kaprio, Mik Caqqer, Eva Lonqoriya, Keyt Perri, Robert Pattinson, Bill Qeyts, İvanka Tramp, Opra Uinfri və başqaları var.

Toy mərasimi “Amazon”un İtaliyada rəsmi açılışının 15 ildönümünə təsadüf edir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
14
azertag.az

10Mənbələr