ain.az, Lent az portalına istinadən məlumat verir.
Amerikalı milyarder Ceff Bezos nişanlısı Loren Sançeslə planlaşdırdığı toy mərasimini Venesiyanın başqa bölgəsinə köçürmək məcburiyyətində qalıb.
Lent.az xairci mediaya istinadən xəbər verir ki, əvvəlcə mərasim Venesiyanın tarixi Cannaregio bölgəsindəki Scuola Grande della Misericordia binasında keçirilməli idi. Lakin yerli sakinlərin etirazları səbəbilə toy Arsenale – qədim gəmiqayırma zavodlarının yerləşdiyi bölgəyə keçiriləcək.
Toy iyunun 26–28-də baş tutacaq və təxminən 48 milyon dollara başa gələcəyi bildirilir. Təxminən 200 nəfərlik qonaq siyahısında müğənni Keti Perri, teleaparıcı Oprah Uinfri, pornoulduz Kim Kardaşyan və ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp da yer alıb.
İtaliya mətbuatının narahatlığına səbəb isə Venesiyanın milyarderin tədbiri üçün tamamilə "ələ keçirilməsi" – su taksiləri, gondollar və otellərin qapadılması olub. Toya olan böyük maraq şəhərdə ciddi nəqliyyat və logistika çətinlikləri yarada bilər.
Xatırladaq ki, ötən il Hindistanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anantın toyu da böyük səs-küyə səbəb olmuşdu: mərasimdə 1200 qonaq üçün 2000 işçi çalışmış, 2500 fərqli növ yemək hazırlanmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.