Bakı. Trend:
23 iyunda İsrailin Tehrana hücumunda İranın Bəsic TəşkilatınınKəşfiyyatın Mühafizəsi İdarəsinin komandanı general Məhəmməd TəqiYusifvənd ölüb.
Trend-inməlumatına görə, bununla əlaqədar İran İslam İnqilabının KeşikçilərKorpusunun Lorestan üzrə qərargahı məlumat yayıb.
Məlumata görə, iranlı general İsrailin Tehranda bir neçə məkanıbombalaması nəticəsində ölüb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.