AZ

İsrailin İrana hücumunda 3,5 min binaya ziyan dəyib

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumlarında 3,5 min yaşayışbinasına ziyan dəyib.

Trend-inməlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bugün (1 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində ziyandəyən yaşayış binalarından 232-si Tehrandadır.

Mohacerani qeyd edib ki, bəzi yaşayış binaları tamamilə dağılıb,bəzilərinin əsaslı təmirə ehtiyacı var, digərlərinə isə azacıqziyan dəyib.

Hökumət rəsmisi əlavə edib ki, İran hökuməti binalara ziyanlarındəydiyinə görə, vətəndaşların başqa məkanlarda yerləşdirilməsinidiqqət mərkəzində saxlamaqdadır. Belə ki, zərərçəkənlər bütünqurumların yerləşdirmə mərkəzləri, dövlət nəzarətində olanhotellər, idman mərkəzlərində yerləşdiriliblər.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Seçilən
33
17
az.trend.az

7Mənbələr