Bakı. Trend:
12 gün ərzində İsrailin İrana hərbi hava hücumlarında 13 nüvəalimi öldürülüb.
Trend-inməlumatına görə, bu gün Tehranda yüksək rütbəli hərbçilərlə yanaşınüvə alimlərinin də dəfn mərasimi keçirilib.
12 gündə İsrailin İrana hərbi hücumlarında öldürülən nüvəalimləri aşağıdakılardır:
Feridun Abbasi
Məhəmməd Mehdi Tehrançi
Əbdülhəmid Minuçehr
Əhməd Rza Zülfüqari
Əmir Hüseyn Feqhi
Əkbər Mətləbizadə
Mənsur Əsgəri
Əsğər Haşemi Tabar
Süleyman Süleymani
Əli Bakuyi Ketrimi
Səidr Borci
Mustafa Sadati
Məhəmməd Rza Sədiqi Sabir
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.