Bakı. Trend:
İsrailin İrana hərbi hava hücumları nəticəsində bugünədək 606nəfər ölüb.
Trend-inməlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsilnaziri Məhəmməd Rza Zəfərqəndi bu gün Nazirlikdə keçirilənFövqəladə Hallar Komitəsinin 6-cı iclasında deyib.
Onun sözlərinə görə, İsrailin hücumlarında 5 332 nəfəryaralanıb.
Zəfərqəndi deyib ki, təkcə ötən 24 saat ərzində İsrailinhücumları 107 nəfərin ölməsi və 1 342 nəfərin yaralanması ilənəticələnib.
İranlı nazir ölənlərin 95%-nin cəsədləri uçqunlar altındançıxarılıb və sadəcə 5% xəstəxanalarda ölüb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.