2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək "İmişli"nin yeni baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Jorje Kaskilya bölgə təmsilçisinin sükanı arxasına keçib. Onunla 1 illik sözləşmə imzalanıb.
Komandanın əvvəlki baş məşqçisi Fərid Namazov yeni çalışdırıcının məşqçi heyətində yer almayıb.
Yeni baş məşqçi ilə birgə çalışacaq məşqçi heyəti də müəyyən olunub:
Köməkçi məşqçi: Kriştianu Duraes
Köməkçi məşqçi: Gilyerme Kadete
Qapıçılar üzrə məşqçi: Elşad Tahirov
Fiziki hazırlıq üzrə məşqçi: Ulian Qoqa