Onda belə çıxır ki,baş məşqçisi olmayan “Sumqayıt” Kürdəxanıda məşq edir? “Football-plus.az” bu sualı “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyevə ünvanlayıb:
“Nihad o şəkli millinin düşərgəsində olanda çəkdirib. U-21 millimiz orda məşq edirdi. Komanda hazırda istirahətdədi. Hələ ki məşqlərə başlamamışıq”.
Mətbuat katibi hazırlıq planı haqda da danışıb: “Hələ ki plan dəqiqləşməyib. Rəsmi açıqlama verəcəyik. Toplanışa qədər baş məşqçi də açıqlanacaq”.
MÜZƏFFƏR QULUZADƏ