Footbal-plus saytına istinadən ain.az xəbər verir.
“Sumqayıt”ın gənc futbolçusu Nihad Əhmədzadə “tiktok” hesabında şəkil paylaşıb. Şəklin “Turan Tovuz”un Kürdəxanıda yeni açılan bazasındakı məşqdən çəkilməsi azarkeşlərin gözündən qaçmayıb. Onda belə çıxır ki, baş məşqçisi olmayan “Sumqayıt” Kürdəxanıda məşq edir? “Football-plus.az” bu sualı “kimyaçılar”ın mətbuat katibi Zaur Xudiyevə ünvanlayıb:
“Nihad o şəkli millinin düşərgəsində olanda çəkdirib. U-21 millimiz orda məşq edirdi. Komanda hazırda istirahətdədi. Hələ ki məşqlərə başlamamışıq”.
Mətbuat katibi hazırlıq planı haqda da danışıb:
“Hələ ki plan dəqiqləşməyib. Rəsmi açıqlama verəcəyik. Toplanışa qədər baş məşqçi də açıqlanacaq”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.