AZ

“Bavariya” “Arsenal”dan futbolçu alır

“Bavariya” “Arsenal”ın yarımmüdafiəçisi Qabriel Martinellini transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı braziliyalı klubun transfer siyahısına daxildir. Tərəflər arasında yaxın günlərdə danışıqlar start götürəcək.

2024/25 mövsümündə Martinelli bütün turnirlərdə “Arsenal”ın heyətində 51 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 55 milyon avro qiymətləndirir.

Seçilən
17
15
idmanxeber.az

10Mənbələr