AZ

Takehiro Tomiyasu “Arsenal”a lazım olmadı

İngiltərənin “Arsenal” klubu “topçular”ın yaponiyalı sağ cinah müdafiəçisi Takehiro Tomiyasu ilə yollarını ayırıb.

Arena.az bu barədə “Arsenal”ın rəsmi sayıtna istinadən məlumat verir.

26 yaşlı futbolçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Klub ona xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Takehiro Tomiyasu “Arsenal”a 2021-ci ilin avqustunda 18,6 milyon avro müqabilində “Bolonya”dan keçmişdi.

Futbolçu zədə səbəbindən ötən mövsümü buraxıb. O, 2023-cü ilin dekabrında ağır zədələnib və hazırda bərpa keçir.

Tomiyasu “Arsenal”ın heyətində bütün yarışlar çərçivəsində bütövlükdə 84 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Takehiro “topçular”la 2024-cü ildə İngiltərə Super Kubokunun qalibi olub və bu, yapon futbolçunun böyük futbolda ilk qənimətidir.

Tomiyasu 2018-ci ilin oktyabrında debüt etdiyi Yaponiya yığmasının heyətində 42 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yapon müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
3
15
arena.az

10Mənbələr