AZ

"Real Madrid" "Yuventus"u məğlub edərək 1/4 finala yüksəldi - VİDEO

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
 
Moderator.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşıb. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Qonzalo Qarsiya vurub.
 
“Real Madrid” bu qələbə ilə adını 1/4 finala yazdırıb. Madrid təmsilçisinin növbəti mərhələdə rəqibi bu gecə keçiriləcək “Borussiya Dortmund” (Almaniya) – “Monterrey” (Meksika) oyununun qalibi olacaq.
 
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.
Seçilən
18
28
moderator.az

10Mənbələr