AZ

“Real” 1/4 finala yüksəldi - VIDEO

Klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

News365.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşıb.

Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Qonzalo Qarsiya vurub.

“Real Madrid” bu qələbə ilə adını 1/4 finala yazdırıb. Madrid təmsilçisinin növbəti mərhələdə rəqibi “Borussiya Dortmund” (Almaniya) - “Monterrey” (Meksika) oyununun qalibi olacaq.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.



Seçilən
18
28
news365.az

10Mənbələr