AZ

Avropa və dünya çempionu "Real"ın baş məşqçisi təyin olub

"Real" baskebol komandasının yeni baş məşqçisinin adı açıqlanıb.

İdman.biz xəbər verir ki, italiyalı mütəxəssis Serco Skariolo ilə 3 illik müqavilə imzalanıb.

64 yaşlı məşqçi 1999-2002-ci illərdə Madrid klubuna rəhbərlik edib və İspaniya çempionu titulunu qazanıb. Onun işlədiyi son yer "Virtus Bolonya" olub və Scariolo komandaya 2022-ci ilə Avropa kubokunu qazandırıb.

Qeyd edək ki, 2009-2012-ci illərdə və 2015-ci ildən İspaniya millisinin baş məşqçi işləyən italiyalı komanda 4 Avropa (2009, 2011, 2015, 2022), 1 dəfə isə dünya (2019) çempionu titulunu qazandırıb.

İdman.biz

Seçilən
12
28
idman.biz

10Mənbələr