"Liverpul" sol cinah müdafiəçisi Miloş Kerkezin transferi üçün "Bornmut"la razılığa gəlib.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən yaydığı məlumata görə, mersisayd klubu macar futbolçunun keçidi üçün 46,8 milyon avro ödəyəcək. Hazırda tərəflər müqavilənin rəsmiləşdirilməsi mərhələsindədir.
Gözlənilir ki, 21 yaşlı futbolçu gələn həftə tibbi müayinədən keçəcək və daha sonra "Liverpul"la 5 illik müqaviləyə imza atacaq.
Ötən mövsüm bütün yarışlarda 41 matçda iştirak edən Kerkez 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. Transfermarkt portalında təqdim olunan məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.