Aleksey İsayev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.
"Far.Az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sabah"ın yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib.
O, "Neftçi" ilə ev matçına (1:2) start heyətində çıxıb.
Debütü 2018/2019 mövsümündə "Sumqayıt" forması ilə gerçəkləşən İsayev yubiley matçında qol sevinci də yaşayıb. Bu, oyunçunun 15-ci qolu olub.
O, Premyer Liqada 3 klubun formasını geyinib. İsayev "Sabah"da 118 (14 qol), "Qarabağ"da 44 (1 qol), "Sumqayıt"da 38 dəfə şans qazanıb.