AZ

Aleksey İsayev “200” ə çatdı

ain.az, Fanat portalına istinadən məlumat verir.

Aleksey İsayev Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib. 

Fanat.Az PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXXII turuna təsadüf edib. O, “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb.

Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

O, Premyer Liqada 3 klubun formasını geyinib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
8
fanat.az

10Mənbələr