AZ

Aleksey İsayev üçün əlamətdar oyun

Aleksey İsayev ölkə çempionatının yüksək dəstəsində 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçinin yubileyi Misli premyer-liqasının 32-ci turuna təsadüf edib. O, “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb.

Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.

O, premyer-liqada 3 klubun formasını geyib. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

Seçilən
0
8
football-plus.az

10Mənbələr