Böyük Britaniya Rusiyaya qarşı sanksiya rejimini genişləndirərək siyahıya 18 yeni şəxs və təşkilat əlavə edib.
Qaziler.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məhdudiyyətlər Rusiyanın Ukraynadakı xüsusi əməliyyatına iddia edilən maliyyə dəstəyinə görə tətbiq olunub.
Böyük Britaniya Xarici İşlər Nazirliyi sanksiyalar siyahısına 10 şəxs və səkkiz təşkilat əlavə edib. Tətbiq olunan tədbirlər arasında ən geniş yayılanı aktivlərin dondurulması olub.
QAZİLER.AZ