AZ

ABŞ-ın milli borcu ölkə iqtisadiyyatının həcmini keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın milli borcu ölkə iqtisadiyyatının həcmini keçib.

Banco.az xəbər verir ki, ABŞ-ın milli borcunun ümumi daxili məhsulun (ÜDM) 100 faizini keçdiyi bildirilib.

Məsul Federal Büdcə Komitəsindən (CRFB) yayılan açıqlamada İqtisadi Təhlil Bürosunun yeni məlumatlarına əsasən, 31 mart tarixinə ABŞ-da dövlətin əlində olan borcun 31,27 trilyon dollar olduğu, son 12 aylıq dövr üzrə nominal ÜDM-in isə 31,22 trilyon dollar səviyyəsində qiymətləndirildiyi qeyd olunub.

Açıqlamada mart ayının sonuna ölkənin milli borcunun ÜDM-in 100,2 faizinə çatdığı vurğulanıb.

CRFB-nin sədri Maya MakGinnis məsələ ilə bağlı bildirib: “Milli borc artıq ABŞ iqtisadiyyatından daha böyükdür və tarixi orta göstəricidən təxminən iki dəfə yüksəkdir. Son illərdə maliyyə vəziyyəti ilə bağlı çoxsaylı xəbərdarlıqlar edilib, lakin bu inkişaf xüsusilə ciddi siqnal xarakteri daşıyır. Əsas sual Vaşinqtondakı liderlərin bunu nəzərə alıb-almayacağıdır”.

MakGinnis əlavə edib ki, borcun ÜDM-in 100 faizini keçməsindən sonra İkinci Dünya Müharibəsindən sonra qeydə alınmış 106 faizlik rekord səviyyənin də yaxın zamanda aşılması mümkündür. Onun sözlərinə görə, bu dəfə borclanma qlobal müharibə kimi fövqəladə vəziyyətdən deyil, hər iki partiyanın çətin maliyyə qərarlarını təxirə salmasından qaynaqlanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
32
50
banco.az

10Mənbələr