RU

Qvardiola: “Çempionluq üçün hər oyunda qalib gəlməliyik” – ARENA.AZ

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cari mövsümdə çempionluq şansları ilə bağlı sualı cavablayıb.

Arena.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:

“Biz hər oyunda qalib gəlməliyik…”, deyə “Pep” ümidini hələ də itirmədiyini başa düşməyə əsas verib.

O, “şəhərlilər”in kapitanı, portuqal yarımmüdafiəçi Bernardo Silvanın klubdakı gələcəyi ilə bağlı sualı da cavablayıb:

“Heç nə bilmirəm. Ona demişdim ki, onun, gələcəyi ilə bağlı məlumat verəcəyi ilk kəs olmaq istəyirəm. Amma o, mənə hələ heç nə deməyib”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

“Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə keçirdiyi 30 oyunda 61 xal toplayıb və 20 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb. Rəqiblərindən bir oyun az keçirmiş Xosep Qvardiolanın komandası lider “Arsenal”dna 9 xal geri qalır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
17
7
arena.az

10Источники