Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən Kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq sektoruna qoyulmuş kreditlərin həcmi 568,6 milyon manattəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 0,6 milyon manat vəya 0,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 6,7 milyon manatvə ya 1,2% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manattəşkil edib.
Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ciilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9% artım deməkdir.