Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən inşaat və tikinti sektoruna qoyulmuşkreditlərin həcmi 1,877 milyard manat təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 22,7 milyon manatvə ya 1,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 51,2 milyonmanat və ya 2,8% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manattəşkil edib.
Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ciilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9% artım deməkdir.