Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz,buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 647,5milyon manat təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 18,7 milyon manatvə ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 121,1 milyonmanat və ya 15,8% azdır.
Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manattəşkil edib.
Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ciilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9% artım deməkdir.