AZ

Sənaye və istehsal sektoruna kredit qoyuluşu artıb

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuşkreditlərin həcmi 1,698 milyard manat təşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 14,8 milyon manatvə ya 0,9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 79 milyon manatvə ya 4,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ciilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9% artım deməkdir.

Məqalədə:
Seçilən
43
4
az.trend.az

10Mənbələr