RU

6 uşağın zəhərləndiyi hamam otağının qapısı yalnız çöldən kilidlənirmiş MÜƏMMA + VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Sumqayıtda 6 uşağın zəhərlənməsi ilə bağlı yeni detallar üzə çıxıb.

Bakupost.az xəbər verir ki, bloger Elçin Lənbəranski hadisənin baş verdiyi evdə olub və uşaqların zəhərləndiyi hamam otağından görüntülər paylaşaraq bir sıra məqamlara diqqət çəkib.

Öncə xatırladaq ki, uşaqların atası Kamil Cəbrayılov saytımıza daha əvvəl verdiyi açıqlamada bildirmişdi ki, hadisəyə səbəb qapının açılmaması olub. Onun sözlərinə görə, böyük uşaqlar balacaları çimizdirərkən hamamın qapısı bağlı qalıb və içəri daxil olmaq mümkün olmayıb. Köməyə gələn qonşular qapını sındıraraq uşaqları çıxarıblar.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, bloger videoçəkiliş zamanı qapının içəridən bağlanmasının mümkün olmadığını göstərib. Onun sözlərinə görə, həmin qapını yalnız çöldən kilidləmək mümkündür.

Bloger həmçinin qeyd edib ki, hamam otağında nəfəslik mövcuddur və bu şəraitdə uşaqların zəhərlənməsi müəmmalıdır. Kamil Cəbrayılov isə nəfəsliyin sonradan açıldığını bildirib.

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
1
www.bakupost.az

10Источники