JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Batıgöz”ün tərəfdaşlığı ilə “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda seminar keçirilib.

Zaqatala şəhərində təşkil olunan seminarda 400-ə yaxın müəllim iştirak edib. Açılış mərasimində rəsmi qonaqlar sırasında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova və Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Çövhərət İbrahimova yer alıb. Çıxışlarda tədbirin əhəmiyyəti vurğulanıb, uşaq müdafiəsi və təhlükəsizliyi məsələlərinin aktuallığı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində Zaqatala Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Sədəf” rəqs qrupunun üzvləri tərəfindən “Bayram” və “Uzun dərə” rəqsləri təqdim olunub, Qarəhmədli Arif Ramin oğlu tərəfindən “Ey Vətən” mahnısını ifa edilib.

Seminar çərçivəsində Zaqatala rayonu Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva inklüziv təhsilin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Seminarın əsas hissəsində “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda mütəxəssislər təqdimatlarla çıxış edib. Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu İlahə Kələşova, psixoloq və Zaqatala UADM-in ekspert qrupunun üzvü Vilayət Mirzəyeva, eləcə də cərrah-oftalmoloq Uzman dr. Elçin Osmanlı uşaqların təhlükəsiz mühitdə inkişafı, psixoloji dəstək mexanizmləri və sağlamlıq məsələləri barədə məlumat verib. Xüsusilə Uzman dr. Elçin Osmanlı göz sağlamlığı, görmə problemlərinin erkən aşkarlanması və profilaktik müayinələrin əhəmiyyəti ilə bağlı çıxış edib.

Tədbirin davamında iştirakçılar üçün göz müayinəsi təşkil olunub.

Qeyd edək ki, seminar uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və cəmiyyətin bu sahədə maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX