RU

“İsrail ABŞ-nin İranla atəşkəs qərarını dəstəkləyir” - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin ABŞ Prezidenti Donald Trampın İrana hücumları dayandırmaq qərarını dəstəklədiyini bildirib.

Missiya.Az "TheTimes of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.

"İsrail, Prezident Trampın İrana hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir, bir şərtlə ki, İran dərhal boğazı açsın və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırsın", - deyə vurğulanıb.

Netanyahu həmçinin qeyd edib ki, İsrail İranın bütün dünyaya nüvə, raket və terror təhlükəsi yaratmaması üçün ABŞ-nin səylərini dəstəkləyir.

O əlavə edib ki, iki həftəlik atəşkəs Livana şamil edilmir, baxmayaraq ki, bir neçə saat əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif atəşkəsin Livan da daxil olmaqla bütün Yaxın Şərq ölkələrinə şamil ediləcəyini bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
47
24
missiya.az

10Источники