“ABŞ İranın 10 şərtini qəbul etməsə, Ali Rəhbər razılaşmanın imzalanmasına icazə verməyəcək”.
Bizim.Media “Fars” agentliyinə istinadla xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
O əlavə edib ki, Hörmüz boğazı heç vaxt müharibədən əvvəlki vəziyyətə qayıtmayacaq.
Qeyd edək ki, bu gün ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta