AZ

"Atəşkəs Livana şamil edilmir" - İsrail

"İsrail, ABŞ Prezidenti Donald Trampın İrana hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir, bir şərtlə ki, İran dərhal boğazları açsın və ABŞ, İsrail və regiondakı ölkələrə qarşı bütün hücumları dayandırsın".

"Unikal" xəbər verir ki,  bunu İsrail Baş nazirin ofisi "X"da bəyanat yayıb. 

İsrail həmçinin ABŞ-nin İranın artıq ABŞ, İsrail, İranın ərəb qonşuları və dünya üçün nüvə, raket və ya terror təhlükəsi yaratmamasını təmin etmək səylərini dəstəkləyir.

Netanyahunun ofisi ayrıca vurğulayıb ki, "İki həftəlik atəşkəs Livana şamil edilmir".

Seçilən
21
24
unikal.az

10Mənbələr