RU

Qəzzada ölənlərin sayı 72 312 nəfərə çatıb

2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 72 312 nəfərə çatıb.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Qəzzada xəstəxanalara 10 ölü, 44 yaralı gətirilib.

10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə minəndən bəri İsrailin hücumları nəticəsində 733 nəfər həlak olub, 2034 nəfər yaralanıb və dağıntılar altından 759 cəsəd çıxarılıb.Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 72.312 nəfərə çatıb, 172.134 nəfər yaralanıb.Ərazidə hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı güman edilir.

İlahə Qənbərli

Missiya.Az

Избранный
15
1
missiya.az

10Источники