RU

Diplomatik səylər nəticə vermədi: İran danışıqlardan imtina etdi

Son günlər regionda gərginliyi azaltmaq üçün aparılan diplomatik səylər nəticə verməyib.

Musavat.com xəbər verir ki, The Wall Street Journal yazır, Türkiyə, Misir və Pakistan İranı ABŞ-la danışıqlar masasına gətirmək və müvəqqəti atəşkəsə nail olmaq üçün vasitəçilik etsə də, bu təşəbbüslər uğursuzluqla nəticələnib.

Məlumata görə, İran rəsmiləri öz şərtlərindən geri çəkilməyib və Hörmüz boğazının açılması müqabilində təklif olunan müvəqqəti atəşkəs planını rədd ediblər.

Tehran vasitəçilərə bildirib ki, yaxın günlərdə İslamabadda amerikalı rəsmilərlə görüşmək niyyətində deyil.

Bundan əlavə, İran tərəfi ABŞ-nin müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü tələbləri qəbuledilməz hesab etdiyini açıq şəkildə ifadə edib. Bu isə tərəflər arasında mövcud mövqe fərqlərinin nə qədər dərin olduğunu göstərir.

Qeyd olunur ki, vasitəçi ölkələr son günlər həm İran, həm də ABŞ nümayəndələri ilə intensiv təmaslar aparsa da, hələlik heç bir konkret nəticə əldə olunmayıb.

Musavat.com

Избранный
23
50
musavat.com

10Источники